Modern.az

Azərbaycandan Macarıstanda oxumaq istəyənlər var

Azərbaycandan Macarıstanda oxumaq istəyənlər var

Ölkə

3 Sentyabr 2009, 12:47

Macarıstan-Almaniya Avicenna Beynəlxalq Kolleci 2009-2010-cu tədris ili üzrə Tibb, Biznes  və Texniki Baza Proqramlarına tələbə qəbulu elan edib. Bu barədə Modern.az saytına Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən aldığımız məlumatda azərbaycanlı tələbələrin bu kollecdə təhsil almaq üçün maraq göstərdiyi bildirilir. Artıq bir neçə tələbənin sənəd verdiyi də qeyd edilir. Kollecin Bakıdakı nümayəndəliyindən əldə etdiyimiz məlumatda azərbaycanlı tələbələrin bu təhsil ocağına sənəd verdikləri qeyd edilib. Sənəd verən tələblərin sayının qəbul prosesinin sonuna qədər artacağı şübhə edilmir.

Qeyd edək ki, proqram çərçivəsində təhsil müddəti ümumilikdə 2 ildir. Bununla belə, güclü ingilis dili və elmi bazası olan tələbələrə təhsillərini 1 il müddətində bitirmək imkanı verilir. Təhsil xərci 2 semestr üçün 4.700 avro, Universitetdə yerləşmə ilə bağlı imtahan xərci 150 Avro, qeydiyyat xərci isə 100 avrodur. Tələbələr yaşayış və yemək xərclərini də özləri ödəməlidirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir