Modern.az

Dünya gəncləri FETÖ-ya qarşı Türkiyəyə toplaşır

Dünya gəncləri FETÖ-ya qarşı Türkiyəyə toplaşır

29 İyul 2016, 09:45

Türkiyədə iflasa uğrayan hərbi çevrilişə qarşı, bu ölkəyə dəstək nümayişi məqsədilə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən (İKGF), “İstanbul-İslam Dünyasının Gənclik Paytaxtı” Məşvərət Qurumunun dünən keçirilən iclasında bir sıra beynəlxalq tədbirlərin həyata keçirlməsi haqda qərar qəbul edilib.

 

Tədbirlər ilk olaraq bu ilin 10-25 avqust tarixlərində Antalya şəhərində Beynəlxalq Gənclik Düşərgəsində təşkil olunacaq.

 

10-16 avqustda oğlanların, 18-25 avqustda isə qızların iştirak edəcəyi 2 qrupda müsəlman ölkələrindən olan 200-ə yaxın gəncin iştirakı ilə Antalyada baş tutacaq düşərgəyə Türkiyənin Gənclik və İdman Nazirliyi dəstək göstərir.

 

Toplantıda çıxış edən İKGF-nin sədri Elşad İskəndərov bildirib ki, bəzi beynəlxalq güclərin verdiyi dəstək ilə FETÖ tərəfindən planlaşdırılan çevriliş cəhdinin əsas səbəblərindən biri Türkiyənin hazırda problemli dövrünü yaşayan Yaxın Şərq arealındakı roluna zərbə vurmaq və ölkədəki stabilliyi pozmaq olub.

 

“Qiyamçıların bu xain hərəkətinə qarşı ümmət gəncliyini bir araya gətirməyə, bir sıra beynəlxalq layihələrin Türkiyədə davam etdirilməsinə qərar verdik. Gənclik Düşərgəsində İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələri təmsil edəcək aparıcı gənclər hərəkatları nümayəndələri bu xain cəhdə qarşı öz mövqeyini ifadə edərək, kritik bir dönəmdə yaşayan Türkiyə gəncliyi və Türkiyə demokratiyasının yanında olduğunu qətiyyətlə bir daha dünya ictimaiyyətinə çatdırmış olacaq”.  

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir