Modern.az

Elmlər Akademiyasında qanun pozuntusu - RƏSMİ

Elmlər Akademiyasında qanun pozuntusu - RƏSMİ

İqtisadiyyat

29 İyul 2016, 10:38

 

“Hesablama Palatası haqqında”  Qanuna əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

 

Palatanın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Kollegiyanın müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2013-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.M. Abdullayev adına Fizika İnstitutuna ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.M. Abdullayev adına Fizika İnstitutu (İnstitut) AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin strukturuna aid olan 6 institutdan biridir.

İnstitut dövlət büdcəsindən ayrılmış vəsaitləri 2013-cü ildə 99,4%, 2014-cü ildə 97,4% və 2015-ci ildə 97,6% səviyyəsində icra etmiş, auditin əhatə etdiyi hər bir il üzrə AMEA tərəfindən İnstitutun xərclər smetasında müvafiq qaydada bir neçə dəfə dəqiqləşdirmə aparılıb.

 

Audit tədbiri ümumilikdə 11719,2 min manat məbləğində vəsaiti əhatə etmiş, Fizika İnstitutunun 2015-ci il üçün saxlanılması xərcləri 2013-cü illə müqayisədə 0,97% çox, 2014-cü illə müqayisədə isə 1,15% az olmaqla 3903,9 min manat təşkil edib.

 

Əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması zamanı müəyyən edilib ki, İnstitut tərəfindən  tarif dərəcələri düzgün tətbiq olunmayı.

Əmək Məcəlləsinin bəzi tələblərinə əməl edilməməsi nəticəsində işçilərə əlavə əmək haqqı ödənilib, keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə yerli iştirakçıların sayının çox göstərilməsi nəticəsində artıq büdcə vəsaiti xərclənib. 

Auditlə əhatə olunan dövrdə altı elmi proqrama 1622,4 min manat vəsait sərf edilmiş,  bu məbləğin 44,5%-ni əmək haqqı və 9,8%-ni sosial-sığorta xərcləri təşkil etmiş, 17,8%-i malların (işlərin və xidmətlərin), 21,2%-i əsas vəsaitlərin və 6,7%-i proqram təminatının alınması ilə bağlı olub.

Elmi proqramların araşdırılması zamanı bir halda internetə çıxışının təmin olunmaması səbəbindən proqramın daimi işlək vəziyyətdə olmadığı, proqram təminatının istifadəsinə xüsusi lisenziyanın tələb olunmadığı  halda bu məqsədlə vəsait xərc edildiyi, eyni zamanda elmi proqramlar üçün ayrılmış ezamiyyə xərclərinin digər işçilərin ezamiyyə xərclərinin ödənilməsinə yönəldildiyi müəyyən olunub. 

 

Maliyyə hesabatlarının təhlili zamanı müəyyən edilmişdir ki, İnstitutun ehtiyatları əvvəlki dövr ilə müqayisədə 30,2 min manat və ya 15%, əsas vəsaitləri 9449,5 min  manat və ya 3 dəfə artıb, debitor borclar 7732,0 manat və ya 38%, qısamüddətli kreditor borclar isə 2375,0 manat azalıb.

 

Qeyd edilib ki, əsas vəsaitlərin artımı əvəzsiz verilmiş vəsaitlər hesabına olmuş, eyni zamanda gəlir vergisi və sosial sığorta haqqı üzrə ilin sonuna debitor borc yaranıb.

 

Hesablama Palatasının Kollegiyası Elmlər Akademiyasının akademik H.M. Abdullayev adına Fizika İnstitutu tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib.

İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə qərarın surəti Elmlər Akademiyasının akademik H.M. Abdullayev adına Fizika İnstitutuna göndərilib.

 

Auditin nəticələri ilə bağlı Milli Məclisə və aidiyyəti üzrə AMEA-ya məlumat verilib.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu