Modern.az

Azərbaycanda 35 özəl xəstəxana BAĞLANACAQ? - RƏSMİ

Azərbaycanda 35 özəl xəstəxana BAĞLANACAQ? - RƏSMİ

Ölkə

29 İyul 2016, 11:54

 

“Özəl tibb müəssisələri haqqında mənfi rəy hazırlanması hələ onların bağlanması anlamına gəlmir”.

 

Bunu Modern.az saytına açıqlamasında Səhiyyə Nazirliyi Analitik-ekspertiza Mərkəzinin Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsinin müdiri Elşad Məmmədov deyib.

 

Şöbə müdiri qeyd edib ki, hansısa müəssisə fəaliyyət göstərdiyi müddətdə əlavə xidmət üçün müraciət edə bilər:

 

“Həmin müraciətlə İqtisadiyyat Nazirliyinin Səhiyyə Nazirliyinə daxil olan sorğusu əsasında ekspertlərlə birlikdə işçi qrup tərəfindən yerində baxış keçirilir. Müraciət edilən iş üçün həmin müəssisədə şəraitin tibb müəssisələrinə dair normativ aktlara uyğunlaşdırılması qiymətləndirilir. Qiymətləndirmə nəticəsində ya müsbət ya da mənfi rəy verilir. Mənfi rəy o demək deyil ki, o, bağlanır, fəaliyyəti dayandırılır.

 

Bu sadəcə yarım il ərzində baxılmış və araşdırılmış müraciətlərin nəticələridir”.

 

E.Məmmədov bildirib ki, mənfi rəy verilən 35 müəssisələrdən bəzilərində çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müsbət rəy veriləni də olub. O həmçinin, vurğulayıb ki, tibbi müəssisə deyildikdə diş kabineti, ginekoloji müayinə otağı və s. də nəzərdə tutula bilər. Onların hamısı xəstəxana deyil.

 

Şöbə müdiri 2016-cı ilin əvvəlindən indiyədək hansısa özəl müəssisə ilə bağlı şikayət daxil olmadığını bildirib:

“Özəl tibbi müəssisələr lisenziyalar əsasında fəaliyyət göstərir. Lisenziyaların dayandırılması İqtisadiyyat Nazirliyi tərəfindən icra edilir. Biz yalnız tibb müəssisəsindəki çatışmazlıqlara görə məsələ qaldıra bilərik. Son 6-7 ayda isə belə bir müraciət olmayıb”

 

Yoxlama aparılan müəssisələrin adına gəlincə, E.Məmmədov araşdırmalar yekunlaşdıqdan sonra məlumat veriləcəyini deyib.

İqtisadiyyat Nazirliyi apardığı qiymətləndirmə nəticəsində 124 müəssisə (78,%) barədə müsbət, 35 müəssisə (22,%) barədə isə mənfi rəylər hazırlayaraq müvafiq qaydada Səhiyyə Nazirliyinə təqdim edib.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?