Modern.az

Bağlanan 4 bankın əmanətçilərinin NƏZƏRİNƏ

Bağlanan 4 bankın əmanətçilərinin NƏZƏRİNƏ

İqtisadiyyat

29 İyul 2016, 13:17

 "Sığortalanan əmanətlər üzrə kompensasiyalar ödənildikdən sonra lisenziyası ləğv olunan dörd bankda sığortalanmayan əmanətlərin qaytarılması həyata keçiriləcək".

Modern.az saytının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

 

O bildirib ki, sığortalanan əmanətlər üzrə kompensasiyalar ödənildikdən sonra sığortalanmayan əmanətlərin qaytarılması həyata keçiriləcək:

“Həm sığortalanan, həm də sığortalanmayan əmanətlər üzrə ödənişlər sığorta hadisəsi baş verən günə qədər olan faizlərlə birgə ödəniləcək. Əmanətlərin ödənilməsində heç bir problem olmayacaq”.

 

Qurum rəsmisi həmçinin deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən lisenziyaları ləğv olunan 4 bank üzrə kompensasiya olunan əmanətlərin həcmi 110 milyon 714 min manat təşkil edir.

 "Dekabank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 5 mln. 585 min manat, qorunan əmanətlərin cəmi 3 mln. 767 min manat, kompensasiya olunan əmanətlərin isə 2 mln. 807 min təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.

 “Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 87 mln. 619 min manat, qorunan əmanətlərin cəmi 61 mln. 949 min, kompensasiya olunan əmanətlərin isə 43 mln. 788 min təşkil edir. Qorunan əmanətçilərin sayı 18 min 970 nəfərdir.

 “Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 53 mln. 632 min manat, qorunan əmanətlərin cəmi 53 mln. 631 min, kompensasiya olunan əmanətlərin isə 36 mln. 350 min təşkil edir. Qorunan əmanətçilərin sayı 10 742 nəfərdir.

 “Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 30 mln. 206 min manat, qorunan əmanətlərin cəmi 20 mln. 956 min, kompensasiya olunan əmanətlərin isə 27 mln. 768 min təşkil edir. Qorunan əmanətçilərin sayı 4 542 nəfərdir”.

 

Gülşən RAUFQIZI

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır