Modern.az

İlyas İsmayılovdan Əhəd Abıyevə sərt İTTİHAM

İlyas İsmayılovdan Əhəd Abıyevə sərt İTTİHAM

29 İyul 2016, 13:33

 

“Elşad Qafarovun həbs xəbərini xaricdən Azərbaycana qayıtdıqdan sonra onun qardaşından eşitdim.

Elşadın həbsini çox qərəzli bir addımdır hesab edirəm”.

Bu sözləri Modern.az-a açıqlamasında Ədalət Partiyasının sədri, keçmiş deputat İlyas İsmayılov deyib.

 

Partiyanın Daşkəsən rayon təşkilatının sədri Elşad Qafarovun həbsindən danışan İlyas İsmayılov bildirib ki, partiya silahdaşının həbs olunnmasına əsas səbəb icra başçısı Əhəd Abıyev olub:

“Elşadın həbs olunmasının əsas səbəbkarı icra başçısı Əhəd Abıyevdir. O deyib ki, Elşad guya onun üzünə durub.

 

Elşad Qafarov çox yaxşı insandır və hər zaman öz hüquqlarını müdafiə edib. Əhəd Abıyevin də öz hüquqlarını müdafiə edən insandan xoşu gəlmir.

Ona görə də Elşadın həbs qərarı icra başısı Əhəd Abıyevin şəxsi ambisiya və qərəzləri əsasında verilmiş bir sifarişdir ”.

Gərək Elşadı həbs etməyəydilər. Onun həbsinə həiqəqətən də çox pis oluram təəssüflənirəm.

Xaricdən Azərbaycana qayıtdıqdan sonar Elşadın həbs məsələsi ilə bağlı şəxsən icra başçısı ilə əlaqə saxlamağa çalışdım, amma bu mümkün olmadı”-deyə İlyas İsmayılov bildirib.

Xatırladaq ki, dünən Daşkəsən rayon Məhkəməsi Ədalət Partiyası Daşkəsən Rayon Təşkilatının sədri Elşad Qafarova hökm oxuyub.

 

Mətbuatda yayılan məlumatlara görə, İslam İnkişaf Bankıını maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Daşkəsənin içməli su təchizatı və kanalizasiya sistemləri həyata keçirən  “Çakır Yapı” şirkətinin 4 əməkdaşı zorakılığa məruz qalıblar.

Elşad Qafarovun şirkətin 4 əməkdaşından hədə-qorxu  ilə pul tələb etdiyi, məqsədinə çatmadıqda isə onlara xəsarət yetirərək xəstəxanlıq etdiyi bildirilir.

 

Bununla bağlı xəsarət alanlar hüquq-muhafizə orqanlarına müraciət edərək Elşad Qafarov haqqında tədbir görülməsi istəyiblər. Hüquq-muhafizə orqanları zərəçəkmiş şirkətin əməkdaşlarının xəsarətlərini müyyən edərək araşdırmalar aparıb. Daşkəsən rayon məhkəməsində işə baxılaraq Elşad Qafarov 8 ay müddətinə azadlıqdan məhrum edilib.  O, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham olunub.

Yaxınlarının dediyinə görə, Elşad Qafarovun həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.

 

Bundan öncə Elşad Qafarovun oğlu Nəsimi Qafarova da 15 sutka inzibati həbs cəzası verilmişdi.

 

Bir neçə gün bundan əvvəl Elşad Qafarov Daşkəsənin icra başçısı Əhəd Abiyevdən şikayətlənmişdi. O bildirmişdi ki, Əhəd Abıyev onu tutdurmaq istəyir.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?