Modern.az

Ermənistan əhalisinin sayı kəskin azalır – RƏSMİ

Ermənistan əhalisinin sayı kəskin azalır – RƏSMİ

Dünya

29 İyul 2016, 14:21

Ermənistanda yaşan vətəndaşların sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, Ermənistan Milli Statistika Xidmətinin 2016-cı ilin 1-ci yarısı üçün açıqladığı məlumata əsasən, ölkədə 2 milyon 995 min 100 nəfər yaşayır.

 

Onlardan 1 milyon 905,7 min nəfəri şəhər, 1 milyon 804,4 min nəfəri isə kənd yerində məskunlaşıb.

 

 Ötən ilin analoji dövrü ilə müqayisədə Ermənistan əhalisi 10,4 min nəfər azalıb.

 

Xatırladaq ki, 2015-ci ilin iyulunda ölkədə 3 milyon 6,2 min nəfər yaşayırdı.

 

Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır