Modern.az

Mirşahin Ağayevdən bağlanan ANS haqda AÇIQLAMA

Mirşahin Ağayevdən bağlanan ANS haqda AÇIQLAMA

29 İyul 2016, 14:55

 

Bakı Apelyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə Milli Televiziya və Radio Şurasının (MTRŞ) “ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərar qəbul olunub.

 

Məsələ ilə bağlı ANS şirkətlər qrupu rəsmi açıqlama verib. Şirkətdən Modern.az saytına verilən məlumatda məsələyə baş direktor Mirşahin Ağayev aydınlıq gətirib:

 

“Bu gün məhkəmə olub. Məhkəmə ANS Media və Yayım Şirkətinin lisenziyasına xitam verilməsi barədə qərar qəbul edib. Biz bu qərarla razı deyilik. Bu qərardan müvafiq digər instansiyalara şikayətlə müraciət edəcəyik”.

 

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Baş Prokurorluğun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Qanunun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Qanunun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.

 

Daha sonra MTRŞ “ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğvi məsələsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

 

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi