Modern.az

Prezident təqaüdçülərinin sayı AÇIQLANDI

Prezident təqaüdçülərinin sayı AÇIQLANDI

29 İyul 2016, 15:15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti iləı Prezidentin aylıq təqaüdü ilə təmin olunan şəxslərin sayı 1 iyul tarixinə 56 539 nəfər təşkil edir.

 

Modern.az nazirliyə istinadən xəbər verir ki, həmin şəxslərdən 176 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş şəxslərdir (həmin şəxslərdən həlak olan insanların ailə üzvlərinə bu təqaüd ödənilir).

 

Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunanların 19 699  nəfəri müharibə əlilləri və onlara bərabər tutulanlar, 13 097-si şəhid ailələridir. Həmçinin 20 Yanvar faciəsi zamanı şəhid olmuş 115 nəfərin ailəsinə və 303 nəfər 20 Yanvar əlilinə, 405 nəfər İkinci Dünya müharibəsi iştirakçısına Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilir. 394 nəfərə isəPrezidentin fərdi təqaüdü verilir.

 

Fəxri ad almış 2 365 nəfər, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 19 923 nəfər, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 62 nəfər hərbi qulluqçunun ailə üzvləri də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər.

 

Digər sosial ödənişlər kimi, Prezidentin aylıq təqaüdünün məbləği də mütəmadi olaraq artırılır. Cari ilin yanvar ayında dövlət başçısının imzaladığı Fərmanlarla və Sərəncamla Prezidentin aylıq təqaüdü ilə təmin olunan şəxslərin 95 faizə qədərinin təqaüdlərinin növbəti dəfə artırılması təmin olunub.

 

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir