Modern.az

Bakıda qadın özünü avtobusdan ataraq öldürdü

Bakıda qadın özünü avtobusdan ataraq öldürdü

29 İyul 2016, 15:29

Bakıda intihar hadisəsi baş verib.

Modern.az lent.az-a istinadən xəbər verir ki, iyulun 20-də Suraxanı qəsəbəsində Bakı şəhər sakini 1986-ci il təvəllüdlü Şükürova Sevil Ağa qızı Murtuza Qəhrəmanovun 104 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobusdan özünü atıb.

 

O, avtobus hərəkətdə olarkən açıq qalmış qapıdan özünü atıb. Ağır xəsarətlər alan qadın 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, S.Şükürova iyulun 28-də ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər