Modern.az

Rezident olmaq istəyənlər TQDK-ya şikayət edə biləcək

Rezident olmaq istəyənlər TQDK-ya şikayət edə biləcək

29 İyul 2016, 16:04

 

Rezidenturaya qəbul imtanından sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Apelyasiya Komissiyası yaradıb.

 

Bu barədə Modern.az-a TQDK-dan məlumat verilib.

Məlumata görə, 2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 2016-cı il iyulun 29-da keçirilmiş ikinci mərhələsi (ixtisas fənləri üzrə) ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apelyasiya Komissiyası formalaşıb.

 

Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

 

Namizədlər Apelyasiya Komissiyasına 1 və 2 avqust 2016-cı il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

 

Ağa AKİFOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir