Modern.az

Türkiyə ordusunun neçə faiz texnikası çevriliş cəhdində istifadə olunub?

Türkiyə ordusunun neçə faiz texnikası çevriliş cəhdində istifadə olunub?

29 İyul 2016, 16:07

Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı başlanılan araşdırmalar çərçivəsində ölkənin silahlı qüvvələrinin 358 general və admiralından 157-si istefaya göndərilib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu ölkənin general kadrlarının 43,9%-ni təşkil edir.

 

Qeyd olunur ki, Quru Qoşunlarının 198 generalından 87-si, Hərbi Hava Qüvvələrinin 72 generalından 30-u, Jandarma qüvvələrinin 32 generalından 7-si və Hərbi Dəniz Qoşunlarının 55 generalından 32-i işdən qovulub.

 

Hərbi çevriliş cəhdində Türkiyədəki hərbi təyyarələrin 7%-i, helikopterlərin 8%-i, tankların 2,7%-i  və hərbi gəmilərin 1%-i iştirak edib.

 

Ümumilikdə isə, faktla bağlı 8831 hərbçi həbs olunub.

 

 Vüqar İsmayılov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?