Modern.az

III qrupda ən bahalı və ən ucuz ixtisaslar hansı universitlərdədir? - ARAŞDIRMA

III qrupda ən bahalı və ən ucuz ixtisaslar hansı universitlərdədir? - ARAŞDIRMA

Təhsil

29 İyul 2016, 16:57

Bu il  III  ixtisas qrupu üzrə ali təhsil müəssisələrində ən ucuz və ən bahalı ödənişli ixtisaslar müəyyən olunub.

Modern.az-ın araşdırmasına görə,  III  ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin ödənişli plan yerləri arasında ən ucuz fakültələr illik təhsil haqqı 1000 manat olan Azərbaycan Dillər Universitetindəki (ADU) aşağıdakı fakültələrdir:

 

-  Dil və ədəbiyyat müəllimliyi (alman dili üzrə)

-  Dil və ədəbiyyat müəllimliyi ( fransız dili üzrə)

-  Xarici dil müəllimliyi (alman dili üzrə)

-  Xarici dil müəllimliyi ( fransız dili üzrə)

-  Filologiya (alman dili üzrə)

-  Filologiya ( fransız dili üzrə)

- Tərcümə (Azərbaycan dili-alman dili)

- Tərcümə (Azərbaycan dili-fransız dili)

 

Bu il III  ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin humanitar istiqamət üzrə ödənişli fakültələri arasında illik təhsil haqqına görə ən bahalısı isə Azərbaycan Diplomatik Akademiyasındakı (ADA) Dövlət və İctimai münasibətlər fakültəsidir.

Belə ki, özünü gələcəkdə dövlət idarəçilik sahəsi üzrə mütəxəssis, kadr görmək istəyənlər bu fakültədə 4 il təhsil ala bilmək üçün 1 ilə 6000 manat pul ödəməlidirlər.

Ümumilikdə, bu il III ixtisas qrupundan tələbə adını qazanacaq abituriyentlər  bu qrupa aidolan dövlət universitetlərindəki filologiya, müəllimlik, jurnalistika, hüquq, xarici dillər üzrə tərcümə, incəsənət, sənətşünaslıq ixtisasları,  tarix, politologiya, dinşünaslıq və digər humanitar istiqamətlərdə ödənişli əsaslarla 4 il təhsil ala bilmək üçün təhsil ala bilmək üçün 1 ildə 1200, 1400, 1600, 1800, 2000, 2300, 2500, 3000 manat məbləğlərində pul ödəməli olacaqlar.

 

III ixtisas qrupundakı humanitar sahələr üzrə özəl universitetlərdə eyni fakültələr üzrə təhsil almaq istəyənlər isə oxuduqları 4 il ərzində hər il ən azı 1900 manatdan başlayaraq 2000, 2500, 3000, 3500, 3850, 4000, 4850 manat məbləğində vəsait sərf etməlidirlər.

 Xatırladaq ki, bu gündən etibarən 2016-2017-ci tədris ili üçün ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminə başlanılıb. Bu il I-IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

 

I-IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)”, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)”, Bakı Dövlət Universitetinin I, II, III qruplarda tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

 

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250 dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

 


Ağa AKİFOĞLU

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi