Modern.az

Yerevandakı silahlı dəstənin üzvünü snayperlə vurdular

Yerevandakı silahlı dəstənin üzvünü snayperlə vurdular

29 İyul 2016, 17:50

Yerevanda polislə post-patrul xidməti alayının binasını ələ keçirən silahlı qruplaşma arasında atışma baş verib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

 

Məlumata görə, binanı ələ keçirən qrup üzvlərindən biri Araik Xandoyan yaralanıb. A.Xandoyan ayağından snayperlə vurulub. Ermənistan polisində də bu fakt təsdiq olunub.

 

Qruplaşma üzvləri hüquq-mühafizə orqanlarının tələblərini pozaraq PPX alayının binasında atəş açıb və polisin cavabı nəticəsində atəş açanlardan biri yaralanıb. 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir