Modern.az

Rezidentura imtahanının nəticələri açıqlanıb

Rezidentura imtahanının nəticələri açıqlanıb

Aktual

29 İyul 2016, 20:51

Rezidenturaya keçirilmiş qəbul imtahanının II mərhələsinin nəticələri açıqlanıb. Bu barədə Modern.az saytına TQDK-dan məlumat verilib. Məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib. Nəticələr imtahanın keçirildiyi gün saat 20:41-dən etibarən Komissiyanın internet saytında yerləşdirilib.

Hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 442 namizəddən 8 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 434 namizəddən 373 nəfəri müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Ən yüksək nəticə 86 bal olub.

Rezidenturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi avqustun 1‑dən 7‑dək aparılacaqdır. Müsabiqə şərtini ödəyən namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır