Modern.az

Maşın sürərkən şəkil çəkdirən sürücü dərəyə yuvarlanıb

Maşın sürərkən şəkil çəkdirən sürücü dərəyə yuvarlanıb

29 İyul 2016, 21:54

Bakı şəhər sakini Qubada qəribə yol qəzasına uğrayıb. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Qəhrəmanov Ramin İsmayıl oğlu "10-TD-057" dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobilində ikən şəkil çəkmək istəyib və bu zaman maşını ilə birgə dağdan təqribən 200 metr aşağı yuvarlanaraq çaya düşüb.

Hadisə Quba-Xınalıq yolunun 31-ci km-də baş verib. Hadisə yerinə "QAZ-66" markalı avtomobil cəlb olunub və avtomobil tros vasitəsi ilə çaydan çıxarılıb. Sürücü üz nahiyəsindən yüngül xəsarət alıb. Hadisə yerinə Quba rayon Polis şöbəsinin əməkdaşları gəlib və maşın polis şöbəsindəki duracağa aparılıb.

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər