Modern.az

Yerevanda etirazçılara qarşı qumbaralardan istifadə edilib

Yerevanda etirazçılara qarşı qumbaralardan istifadə edilib

29 İyul 2016, 23:20

Yerevanda etirazçılar və polis arasında toqquşmalar baş verib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, polislər üsyançılara qarşı  səsli qumbaralardan istifadə ediblər.

Yerevanda polis tərəfindən etiraz aksiyasının dağılması zamanı Rusiyanın "Life" telekanalının operatoru yaralanıb. Yerevanın küçələri polisinin gücləndirilmiş dəstələrlə mühasirəyə alınıb.

Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb. Etiraz aksiyasının iştirakçıları polis binasını ələ keçirən silahlı qrupu dəstəkləyirlər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub