Modern.az

ABŞ-ın Baş Qərargah rəisi Türkiyədə

ABŞ-ın Baş Qərargah rəisi Türkiyədə

Dünya

29 İyul 2016, 23:41

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Cozef Danford iyulun 31-də Türkiyəyə səfər edəcək. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Cozef Danfordun bir sıra rəsmilərlə görüşü nəzərdə tutulub. Cozef Danford Ankarada keçirdiyi görüşlərdən sonra  Türkiyənin cənubunda yerləşən "İncirlik" hərbi bazasına baş çəkəcək.

 

Qeyd edək ki, bu, 15 iyul hərbi çevrilişinə cəhddən sonra Türkiyəyə səfər edən ilk yüksək rütbəli ABŞ hərbçisidir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?