Modern.az

Rusiya ağır atletləri “Rio-2016”-dan kənarda qaldı

Rusiya ağır atletləri “Rio-2016”-dan kənarda qaldı

Dünya

29 İyul 2016, 23:55

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) ağır atletika üzrə Rusiya yığmasını tam heyətlə 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarından kənarlaşdırıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

 

Beynəlxalq Ağır Atletika Federasiyasının qərarı Maklarenin hesabatı əsasında qəbul olunub.

 

“IWF-in İcraiyyə Komitəsi Rusiya ağır atletlərinin “Rio-2016”-da iştirakı məsələsini diqqətlə araşdırıb. Tədqiqata Riçard Maklarenin rəhbərlik etdiyi WADA müstəqil komissiyasının materialları daxil edilib. Tatyana Kaşirina və Anastasiya Romanova Rusiya Olimpiya komitəsi tərəfindən kənarlaşdırılmışdı. Turnirdən kənarlaşdırılan daha dörd idmançının adı isə Maklarenin hesabatında qeyd olunub”, - məlumatda deyilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar