Modern.az

“Atama məktub”un nümayişi başladı

“Atama məktub”un nümayişi başladı

Aktual

29 İyul 2016, 18:35

Bu gün yerli televiziyalarda “Atama məktub” adlı sosial çarxın nümayişi başlanılacaq. Filmdə atası milli qəhrəman olan məktəbli qızın hisslərindən bəhs olunur, onun  tez-tez atasına məktub yazıb Şəhidlər Xiyabanına aparması təsvir edilir.

 

“İnkişafa Doğru İnteqrasiya” İB tərəfindən çəkilən sosial çarxı  gənclərdə vətənpərvərlik  və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində təşəbbüs kimi qiymətləndirmək olar.

 

Qeyd edək ki, “Atama məktub” çarxı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Hərbi vətənpərvərlik mövzusunda sosial çarxın çəkilməsi” layihəsi çərçivəsində hazırlanıb.

 

Layihənin məqsədi Azərbaycanın  milli rəmzlərini təbliğ etmək, gənclərdə Azərbaycan xalqına və dövlətinə sədaqətlə xidmət etmək, daima vətən qarşısında borcunu yerinə yetirməyə hazır olmaq, vətənə və dövlətə münasibətdə qürur hissinin formalaşdırılmasına nail olmaq üçün təbliğatın aparılmasıdır.

 

Çarxın bu gündən etibarən İctimai Televiziyanın efirində nümayişinin başlayıb.  Video həmçinin Park Bulvar AVM-in monitorlarında da nümayiş etdiriləcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir