Modern.az

Yanukoviçin partiyasının keçmiş fraksiya rəhbəri saxlanıldı

Yanukoviçin partiyasının keçmiş fraksiya rəhbəri saxlanıldı

30 İyul 2016, 12:06

 

Ali Radada “Regionlar Partiyasının” keçmiş fraksiya rəhbəri Aleksandr Efromov Ukraynanın ərazi bütövlüyünə qəsddə şübhəli bilinərək saxlanılıb.

Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda iyulun 30-da ölkənin baş prokuroru Yuri Lutsenko məlumat verib.

 

Kiyevin Solomenski məhkəməsi hazırda onunla birgə “Regionlar Partiyası”nın keçmiş deputatı Aleksandr Stoyanın, eləcə də keçmiş xalq deputatı – kommunist Sergey Qordienkonun da işinə baxır. Onlar 2014-cü ilin yanvar ayında “diktator qanunları”nın səsverməzi zamanı saxtalaşdırmada günahlandırılırlar.

 

Efromov ötən ilin fevralında saxlanılsa da, girov müqabilində buraxılmışdı. “Regionlar Partiyası”na Ukraynanın keçmiş preszidenti Viktor Yanukoviç rəhbərlik edib. O 2014-cü ilin fevralında müxalifətin hakimiyyətə gəlişi ilə ölkədən qaçıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir