Modern.az

Yerevandakı GƏRGİNLİK: Ermənistan Qarabağ probleminin həllindən necə yayınır?

Yerevandakı GƏRGİNLİK: Ermənistan Qarabağ probleminin həllindən necə yayınır?

30 İyul 2016, 12:40

“1996-cı ilin sonuna yaxın prezident Heydər Əliyevin səyi nəticəsində Azərbaycan və Ermənistan Dağlıq Qarabağ probleminin həllinə çox yaxınlaşmışdılar.

 

Ancaq Ermənistanın o zamankı baş naziri, Azərbaycanın işğal edilmiş zonalarında keçmiş səhra komandiri Robert Koçaryan və ordu rəhbərliyi bunun əleyhinə çıxdılar və Ermənistan prezidenti Levon Ter-Petrosyan istefaya getməli oldu”.

 

Modern.az-ın xəbərinə görə, deputat Aydın Mirzəzadə deyib.

 

Son günlər Ermənistanda baş verən hadisələrdən danışan deputat bildirib ki, bu illər ərzində Ermənistanda Qarabağ münaqişəsinin həllini istəyən qüvvələr öldürüldü və həbs edildi:

 

“1999-cu ildə Azərbaycan və Ermənistan yenidən problemin həllinə çox yaxınlaşdılar. Ancaq həmin ilin oktyabr ayında bir qrup silahlı şəxs Ermənistan parlamentinə hücum etdilər.

 

8 nəfəri, o cümlədən həmin dövrdə ölkədə nüfuz sahibi olan baş nazir Vazgen Sarkisyanı və spiker Stepan Dəmirçyanı qətlə yetirdilər. Bununla da ehtimal edilən həll qeyri-müəyyən dövrə saxlanıldı”.

 

A.Mirzəzadə qeyd edib ki, bu ilin aprel ayında cəbhə xəttində Azərbaycanın hərbi uğurlarından sonra Ermənistan kompromislərə hazır olduğunu elan etdi”.

 

“May və iyun aylarında Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri keçirildi, ATƏT-in Minsk qrupunun həmsədri Rusiya diplomatik fəallığı artdı. Son günlər prezidentlərin yeni görüşünün hazırlandığı və məsələnin həllində ümidlərin artdığı barədə də məlumatlar yayılır.

 

Ancaq 17 iyul tarixində bir qrup silahlı şəxs Yerevanın mərkəzində yol polisinin post-patrul xidmətinin binasını ələ keçirir. Təsadüfən orda Ermənistan polisinin rəis müavini olan general rütbəli şəxs də olur. Saxlanan girovlar tədricən azad edilir, ancaq bina yenə də silahlıların əlindədir. Çox müəmmalıdır ki, dövlət bir qrup silahlını oradan çıxara bilmir.

 

Bu nədir, Ermənistan üçün adi bir kriminal hadisə, yoxsa Dağlıq Qarabağ probleminin həllinin qarşısını almaq üçün istifadə etdikləri köhnə üsul ?

 

Tamamilə mümkündür. Ancaq Yerevanda unudurlar ki, Azərbaycan artıq ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil. İşğal edilmiş torpaqlarının həmişəlik Ermənistanın nəzarətinin altında qalmasına dözmək fikirində deyil”-deyə əlavə edib.

 

Ağa AKİFOĞLU

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir