Modern.az

Yerevanda 165 nəfər saxlanıldı

Yerevanda 165 nəfər saxlanıldı

Aktual

30 İyul 2016, 12:47

 

Yerevanın Xorenatsı küçəsi və Sari Tah rayonunda iğtişaşlar nəticəsində 165 nəfər insan saxlanılıb.

 

Modern.az Rusiya KİV-nə istinadən istinadən xəbər verir ki, bu barədə Ermənistan polisi açıqlama verib.

 

Daha əvvəl Ermənistanın Səhiyyə Nazirliyindən bildiriblər ki, iyulun 29-da Xorenatsı küçəsi və Sari Tah rayonunda iğtişaşlar nəticəsində 60 nəfər insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Ermənistan polisi müxalifətin nümayişinin dağıdılması zamanı xüsusi vasitələrdən istifadə edib. Xəsarət alanlar arasında jurnalistlər və 17 yaşlı oğlan var. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar