Modern.az

Fransız-Azərbaycan Universitetinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Fransız-Azərbaycan Universitetinə qəbul imtahanının nəticələri AÇIQLANDI

30 İyul 2016, 13:46

Fransız-Azərbaycan Universitetinə qəbul imtahanının nəticələri açıqlanıb.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat vaerilib.

Fransız-Azərbaycan Universitetinə (UFAZ) iyulun 27-də keçirilmiş qəbul imtahanın nəticələri açıqlanıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən imtahanda 280 nəfər iştirak edib. Onlardan 120 nəfəri dövlət sifarişi, 40 nəfəri isə ödənişli əsaslarla UFAZ-ın tələbəsi olmaq imkanı qazanıb.

 

İmtahanın nəticələri ilə //ufaz.edu.az/?page_id=864 linki vasitəsilə tanış olmaq mümkündür. İmtahanın nəticələrindən narazı qalan abituriyentlər iyulun 30-da appelyasiya ilə müraciət edə bilərlər.

 

İmtahandan uğur əldə etmiş gənclər 31 iyul–2 avqust 2016-cı il tarixlərində sənədlərini ADNSU-da təqdim etməli və UFAZ-ın tələbəsi adını təsdiqləməlidirlər. Bu proses avqustun 2-si saat 12:00-dək davam edəcək.

 

UFAZ-ın tələbəsi adını qazanan şəxslərin adı Təhsil Nazirliyi tərəfindən Dövlət İmtahan Mərkəzinə təqdim ediləcək. Həmin tələbələr artıq digər ali məktəblərə qəbul üzrə müsabiqədə iştirak etməyəcəklər.

 UFAZ-a qəbul imtahanında uğur əldə edə bilməyən tələbələr isə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etiyi müvafiq ixtisasları seçə bilərlər.

 

Qeyd edək ki, UFAZ 2016-2017-ci tədris ilindən ADNSU-nun binasında Azərbaycanda ən çox tələbat olan 4 ixtisas üzrə (kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi) tədrisə start verəcək.

 

Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla, 4 il davam edəcək. Tədris ingilis dilində aparılacaq. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) əldə edəcəklər.

 

Ağa AKİFOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir