Modern.az

"Türkiyə Hava Yolları"nın 78 əməkdaşı işdən çıxarıldı

 "Türkiyə Hava Yolları"nın 78 əməkdaşı işdən çıxarıldı

Aktual

30 İyul 2016, 14:05

Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı "Türkiyə Hava Yolları"nın törəmə strukturu "Turkish Ground Services" şirkətinin 78 əməkdaşı işdən azad edilib. 

 

Modern.az "Hürriyet"ə istinadla xəbər verir ki, həmin şəxslərin işdən azad edilməsi Fətullah Gülən hərəkatına dəstək vemələri ilə əlaqədardır.

 

Həmçinin şirkətdə işdən azadolmaların davam etdiyi də qeyd olunur.

 

Bundan öncə "Türkiyə Hava Yolları" Gülən hərəkatı ilə əlaqədə bilinən 211 əməkdaşı işdən azad edib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar