Modern.az

Ermənistanda “İrs” partiyasının sədr müavini tutuldu

Ermənistanda “İrs” partiyasının sədr müavini tutuldu

30 İyul 2016, 14:37

Bu gün səhər  Ermənistanda müxalif  "İrs" partiyasının sədr müavini Armen Martirosyan həbs edilib.

 

Modern.az-ın Ermənistan KİV-nə istinadən xəbərinə görə, bu barədə ölkə polisinin mətbuat xidməti bəyanat yayıb.

 

A.Martirosyan haqqında ilk öncə “kütləvi iğtişaşları təşkil etmə” maddəsi ilə cinayət işi açılıb və o dindirilməsi üçün polisə aparılıb. Daha sonra isə onun haqqında həbs qəti imkan tədbiri seçilib.

 

Hazırda müxalifət nümayəndəsi  müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

"Azadlıq" radiosunun erməni xidmətinin jurnalistləri də bu gün xəsarət alıblar. Bildiriblər ki, dəyənəklə silahlanmış mülki geyimli şəxslər onları döyülüblər.

 

Ağa AKİFOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır