Modern.az

Ağcabədi 20 baş heyvan yan - FOTO

Ağcabədidə 20 baş heyvan yandı - FOTO

Aktual

30 İyul 2016, 14:55

 

Ağcabədi rayonunda tövlə heyvanlarla birgə yanıb. “Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Qaravəlli kəndində baş verib.

 

Kənd sakini Səttar İbrahimova məxusus ümumi sahəsi 586 kv metr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və tövlənin içərisinə yığılmış 2000 ot bağlaması yanaraq kül olub.

 

Tövlənin içərisində 20 baş iri buynuzlu heyvanın yanmış cəsədi aşkar edilib. 5 baş iri buynuzlu heyvan isə yanıq xəsarətləri alıb. Ümumlikədə təsərrüfat sahibinə 70 min manta qədər maddi ziyan dəydiyi bildirilir.

 

Hadisəyə səbəb kimi elektrik xəttlərində qısaqapanma göstərilir. Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb edilib. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır