Modern.az

II ixtisas qrupunda ən bahalı və ən ucuz FAKÜLTƏLƏR

II ixtisas qrupunda ən bahalı və ən ucuz FAKÜLTƏLƏR

30 İyul 2016, 15:14

Bu il II ixtisas qrupundakı ali təhsil müəssisələrinin ödənişli əsaslarla olan fakültələri arasında ən ucuzu və bahalısı müəyyən olunub.

 

Modern.az-ın araşdırmasına görə, II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin plan yerləri arasında ən ucuz fakültə Mingəçevir Dövlət Universitetində və ən bahalı fakültə isə Qafqaz Universitetindədir.

 

Belə ki, bu il II ixtisas qrupundakı fakültələrə daxil olmaq istəyənlər ən az pulu Mingəçevir Dövlət Universitetindəki (MDU) İqtisadiyyat fakültəsinə ödəməli olacaqlar. Burada illik təhsil haqqı 1000 manatdır.

 

Bu il II ixtisas qrupundakı fakültələr arasında illik təhsil haqqı ən baha olanı isə Qafqaz Universitetindəki Maliyyə və Biznesin idarə edilməsi fakültələridir. Belə ki, bu fakültələrin illik təhsil haqları 5850 manatdır.

Ümumilikdə, bu il II ixtisas qrupundan tələbə adını qazanacaq abituriyentlər  bu qrupdakı dövlət universitetlərindəki iqtisadiyyat, beynəlxalq münasibətlər, sosiologiya, turizm və otelçilik, menecment, dünya iqtisadiyyatı, mühasibat uçotu və audit maliyyə, dövlət və bələdiyyə idarə edilməsi və başqa fakültələr üzə təhsil aldıqları 4il ərzində hər il 1300, 1500, 1600, 1800, 1900, 2000, 2300 manatlarından keçməli olacaqlar.

 

Bu ildən II ixtisas qrupunda özəl universitetlərdə eyni fakültələr üzrə təhsil almaq istəyənlər isə oxuduqları 4 il ərzində hər il ən azı 2000 manatdan başlayaraq 2300, 2500, 2900, 3000, 3300, 3500, 4000, 5500 manat məbləğlərində vəsait ödəyəcəklər.

 

Xatırladaq ki, dünəndən 2016-2017-ci tədris ili üçün ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminə başlanılıb. 

 

Bu il I-IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

 

I-IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur

 

(Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)”, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)”, Bakı Dövlət Universitetinin I, II, III qruplarda tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

 

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250 dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı