Modern.az

Yerevanda silahlı dəstənin 2 üzvü həbs olundu

Yerevanda silahlı dəstənin 2 üzvü həbs olundu

Aktual

30 İyul 2016, 15:42

 

Yerevandakı polis binasını tutan qruplaşmanın iki üzvü həbs olunub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

 

Məlumata görə, məhkəmə Yerevanda post-patrul xidmətinin binasını ələ keçirmiş qruplaşmanın iki üzvünü - Qaqik Yeqiazaryan və Arom Akopyanı iki aylıq həbs edib.

 

Tutulanların vəkili bildirib ki, ötən gecə məhkəmə istintaqın vəsatətini təmin edərək, Q.Yeqiazaryan və A.Akopyanın barəsində qarşı həbs qətimkan tədbiri görülüb.

 

Xatırladaq ki, həbs edilənlər iyulun 27-də polislə atışmadan sonra hüquq-mühafizə orqanlarına təslim olublar.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı