Modern.az

Gülənə dəstək olan ölkələr - RƏSMİ

Gülənə dəstək olan ölkələr - RƏSMİ

30 İyul 2016, 17:09

 

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) xaricdəki səfirlikləri vasitəsilə təmsil olunduqları ölkələrdə Fətullahçılara aid olan təşkilat və məktəblərin bağlanılması ilə bağlı müraciətlər edib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Məlumata görə, Türkiyə səfirlərinin Fətullahçılarla bağlı hökumətlərə etdikləri müraciətlərə mənfi, neqativ cavab verənlər də olub.

 

Belə ki, Cakartadakı Türkiyə səfirliyinin müraciəti  İndoneziya hökuməti tərəfindən rədd edilib.

 

Ölkənin rəsmi hökumət saytları Cakartadakı Türkiyə səfirinin və XİN-in etdiyi müraciətə cavab olaraq bəyan ediblər ki, İndoneziyada Fətullahçılara aid olan məktəb və təşkilatlar bağlanmayacaq.

 

Türkiyə hökumətinin Fətullahçılara aid olan məktəblərin bağlanması ilə bağlı etdiyi müraciətə mənfi cavab verən ölkələrdən biri də Almaniya olub.

 

Belə ki, Fətullah Gülən şəbəkəsinin daha çox olduğu Almaniyanın Baden Vürttemberq əyalətinin başçısı Vinfred Kreçmandan Fətullahçılara açıq-aşkar dəstək gəlib.

 

Almaniya hökumətini təmsil edən V.Kreçman Türkiyənin Almaniya əyalətlərində Fətullaha aid olan məktəb və təşkilatları bağlamaq istəyinin mümkünsüz olduğunu bəyan edib.

 

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə XİN-in etdiyi bu cür müraciətə Qırğızıstan hökuməti də mənfi cavab vermişdi.

 

Rəsmi Bişkek 27 iyulda bəyan etmişdi ki, ölkəsində Fətullahçılara aid olan təhsil ocaqlarının bağlanıb-bağlanmayacağına dair qərar onlara aiddir. 

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir