Modern.az

ABŞ-da hava şarı qəzaya uğradı: 16 ölü

ABŞ-da hava şarı qəzaya uğradı: 16 ölü

30 İyul 2016, 20:59

ABŞ-ın Texas ştatında hava şarı qəzaya uğrayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, qəza zamanı hava şarının göyərtəsində 16 nəfər olub. Məlumata görə, insident yerli vaxtla 08.40-da ştatın Lokhart şəhəri yaxınlığında baş verib. Məlumata görə, naməlum səbəbdən qəfil alışıb yanan hava şarı yerə çırpılıb. 

Son məlumata görə, insident nəticəsində hava şarında olan sərnişinlərin hamısı ölüb.

Faktla bağlı ABŞ-ın Mülki Aviasiya və Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası tərəfindən təhqiqata başlanılıb. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir