Modern.az

Hindistandakı daşqınlarda 52 nəfər ölüb

Hindistandakı daşqınlarda 52 nəfər ölüb

Dünya

30 İyul 2016, 21:28

Hindistanın şimal-şərqindəki Assam və Bihar ştatlarında baş verən daşqınlar zamanı ölənlərin sayı məlum olub. Modern.az saytı xəbər verir ki, hadisə nəticəsində 52 nəfər həyatını itirib.

Məlumatına görə, ölkənin daxili işlər naziri Radjnatx Sinqx Assam ştatına səfəri zamanı bu ərazidə 26 nəfərin daşqınların qurbanı olduğunu bildirib.

Biham ştatının Fövqəladə Hallar Departamenti idarəsinin məlumatına görə isə, daşqınlar nəticəsində bu ştatda 26 nəfər həlak olub.

Dörd milyona yaxın insanın yaşadığı regionda güclü yağışlar artıq iki gündür davam edir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı