Modern.az

Yerevanda kor müxalifətçi tutuldu

Yerevanda kor müxalifətçi tutuldu

30 İyul 2016, 21:36

Ermənistanda “Təsis parlamenti” müxalif vətəndaş təşəbbüslərinin üzvü Alek Eniqomşyan həbs edilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Yerevandakı post-patrul alayını ələ keçirən silahlı qruplaşmaya yardım göstərməkdə şübhəli bilinir.

Eniqomşyan kordur və sol əlində də problemi var. “Onun əlilliyini nəzərə alaraq hüquqlarının cinayət işi çərçivəsində daha geniş təmin olunması üçün brayl yazısı mütəxəssisi cəlb olunub”, - Milli Təhlükəsizlik Xidmətindən bildirilib.

Vəkili Nikolay Baqdasaryan isə deyib ki, onun müdafiə etdiyi şəxsin hüquqları pozulur. Məsələn, saxlanma şəraiti onun səhhəti ilə uyğun deyil.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bu gün binanı ələ keçirənlərə ultimatum irəli sürüb. Onlar saat 17:00-a qədər təslim olmasaydılar, silah tətbiq ediləcəkdi. Bu müddət başa çatandan sonra alay ərazisindən atəş səsləri gəlib. Mühasirəyə alınan əraziyə bir neçə polis zirehli avtomobilləri gəlib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir