Modern.az

Beş qadını balta ilə doğradı

Beş qadını balta ilə doğradı

30 İyul 2016, 22:29

Yaroslavl rayonunun Kozmodemyansk qəsəbəsində yerli sakin beş qadını vəıhşicəsinə qətlə yetirib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, insident 57 yaşlı şübhəli ilə 57 və 30 yaşlı qadınlar arasında düşüb.

Nəticədə kişi balta ilə hərəsinə ən azı bir zərbə vurub. Səs-küyə 61 və 37 yaşlı qonşular gəliblər. Onların aranı sakitləşdirmək cəhdi nəticədə hərəsinin iki balta zərbəsi ilə vrulmasına səbəb olub.

Cinayətkar sonradan yerli mağazaya gedərək 52 yaşlı qadın alıcıya hücum çəkib. O, aldığı zərbədən keçinib. Xəsarət alan qalan qadınlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Şübhəli şəxs hadisə yerindən uzaqlaşıb, ancaq polis “isti izlərlə” onu saxlayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır