Modern.az

Dünyanın ən bahalı pendiri: Eşşək südündəndir

Dünyanın ən bahalı pendiri: Eşşək südündəndir

Aktual

30 İyul 2016, 23:13

Kilosu 700 funt-sterlinqə satılan və Serbiyada istehsal olunan dünyanın ən bahalı pendirinin xammalı eşşək südündən hazırlanır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bir kiloqram pendir əldə edə bilmək üçün tam 25 litr eşşək südü istifadə edilir.

Eşşək südünü bu qədər bahalılığının səbəbi şeysə istehsalının çox az olması və maya dəyərinin çox yüksək olmasıdır. Çünki 140 eşşək sahibi olan Slobodan Simic, yalnız 12 eşşəyin hər zaman süd verdiyini deyir.

Bəs, eşşək südü və pendirini bu qədər xüsusi edən şey nədir? Eşşək südünün inək südündən 60 qat daha artıq vitaminə malik olmasıdır. BBC-dən Kristin Vukovicin yazdığı xəbərdə eşşək südünə müşayiət edən ən gözəl ləzzətin bir fincan türk qəhvəsi olduğu da vurğulanır.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır