Modern.az

Ermənistanda etirazçılar prezident iqamətgahına yürüş edir

Ermənistanda etirazçılar prezident iqamətgahına yürüş edir

Dünya

30 İyul 2016, 23:27

Ermənistan paytaxtı Yerevan şəhərində keçirilən mitinqdə 2 mindən çox adam iştirak edir. Modern.az saytı xəbər verir ki, "Report"un "İnterfaks" agentliyinə istinadən məlumatına görə, yüzlərlə insan polis polkunun binasını ələ keçirmiş silahlı qruplaşmaya dəstək üçün paytaxtın mərkəzi küçələrinə çıxıb.

Etirazçılar dövlət orqanlarının binalarının yaxınlığında addımlayırlar. Onlardan bəziləri hökumət əleyhinə şüarlar səsləndirir.

Aksiyaçılar həmçinin tez-tez avtomobil yollarını da bağlayırlar.

Ermənistan rəhbərliyi prezident iqamətgahının, parlamentin və səfirliklərin binasının yerləşdiyti Yerevanın Baqramyan prospektinə xüsusi polis qüvvələri yerləşdirib.

Paytaxtın mərkəzində gəzintiyə çıxan nümayişçilər prezident iqamətgahının qədər getmək barədə qərar qəbul ediblər. Bu səbəbdən də Baqramyan prospekti polis tərəfindən bağlanıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı