Modern.az

Gədəbəydə ağır yol qəzası

Gədəbəydə ağır yol qəzası

Aktual

30 İyul 2016, 23:52

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızıltorpaq kəndi ərazisidnə qeydə alınıb. Rayon sakini Yaşar Məmmədovun idarə etdiyi "Zil" markal yük avtomobillə Nazim Mürsəlovun idarə etdiyi "VAZ21011" markalı avtomobil toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü hadisə yerində ölüb, avtomobildə olan 4 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Gədəbəy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onaların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi