Modern.az

"Qarabağ"ın oyununa bir gündə 6 min bilet satılıb

"Qarabağ"ın oyununa bir gündə 6 min bilet satılıb

31 İyul 2016, 00:06

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Qarabağ" - "Viktoriya" matçının biletləri bu gün satışa çıxarılıb. Modern.az saytı xəbər verir ki, Qol.az-ın məlumatına görə, səhər saatlarından etibarən görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında biletlərin satışına start verilib.

 

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza verdiyi açıqlamasında saat 18:00-a olan məlumata görə artıq 6 min biletin satıldığını bildirib.

 

Biletlərin qiyməti sektorlardan asılı olaraq 1-5 manat arasında dəyişir. VİP sektoruna isə biletlərin qiyməti 30 manatdır.

 

Qeyd edək ki, avqustun 2-də keçiriləcək "Qarabağ" - "Viktoriya" oyunu saat 20:30-da başlayacaq. Bu komandalar arasında Çexiyada keçirilən ilk oyunda qapılara qol vurulmayıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu