Modern.az

Məşhur maarifçinin Gəncədəki sərdabəsi təmir olunub - FOTO

Məşhur maarifçinin Gəncədəki sərdabəsi təmir olunub - FOTO

Aktual

31 İyul 2016, 10:42

Görkəmli maarifçi, ictimai xadim, publisist, dramaturq Əsgər ağa Adıgözəlovun (Gorani) Gəncədəki sərdabəsi təmir olunub. Bu barədə Modern.az saytına Goraninin həyat və fəaliyyətini araşdıran tədqiqatçı Gülhüseyn Kazımov məlumat verib.

G.Kazımov həm də Əsgər ağa Gorani haqqında “Qaranlığdan işığa” adlı kitabın müəllifidir.

Qeyd edək ki, gələn il milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə bağlı çalışmalarında ona yaxından kömək göstərmiş, sonralar da mütəmadi əməkdaşlıq etmiş Əsgər ağa Adıgözəlovun anadan olmasının 160 ili tamam olur. Əsgər ağa Goraninin 160 illik yubiley tədbirləri təkcə bir kitabla kifayətlənirmi?

Gülhüseyn Kazımov deyib ki, Əsgər ağa Goraninin yubiley tədbirləri üç komponentdən ibarət bir layihədir. Onun birincisi tədqiqat işlərinin aparılması, kitabın nəşri və təqdimatıdır. Kitab artıq nəşr olunub, təqdimatı isə  sentyabr ayında baş tutacaq.

“İkincisi, dövrünün görkəmli maarifçisi, Əsgər Adıgözəlov Goraninin müəllimi və məsləkdaşı Həsən bəy Zərdabinin  “Əkinçi” qəzetinin ən məhsuldar yazarlarından biri olan Əsgər ağanın maarifçilik fəaliyyətinə, ədəbi – bədii irsinin işıqlandırılmasına və ən başlıcası xeyriyyəçilik missiyasına həsr olunmuş “Babasının nəvəsi” adlı sənədli - bədii filmin hazırlanmasıdır. Filmin ssenarisi artıq hazırdır. Çəkilişlər isə sentyabr ayından başlayaraq Tbilisi və Kutaisidə, eyni zamanda Gəncədə və Bakıda baş tutacaq.

Üçüncü komponent isə Gəncənin Səbzikar qəbristanlığındakı sərdabəsinin təmiri idi ki, o da artıq başa çatıb.

Sərdabənin təmiri zamanı onun üzərində Əsgər Adıgözəlov Goraninin barelyefi yerləşdirilib, içəridə isə ümümmilli lider Heydər Əliyevin bu xalq fədaisi, ilk milli teatrımızın yaradıcılarından biri, Hacı Qaranın ilk ifaçısı Əsgər Adıgözəlov haqqında sözləri, onun qısa tərcüməyi - halı və xeyriyyəçiliyinə aid Tiflisdə çıxan qəzetlərdən birinin məqaləsi həkk olunmuş lövhələr yerləşdirilib”.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!