Modern.az

 İsmayıllıda ağır qəza: ölən və xəsarət alan var

 İsmayıllıda ağır qəza: ölən və xəsarət alan var

Aktual

31 İyul 2016, 11:28

İsmayıllı rayonu ərazisində bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

Apa-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 9:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Külüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“BMW” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Quliyeva Məryəm Əziz qızı dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 1998-ci il təvəllüdlü Hüseynova Nəzrin Nazim qızı İsmayıllı rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!