Modern.az

"Murad Mərcan dedi ki, baş nazir Ərdoğan Azərbaycanda verdiyi bəyanatların arxasında durur"

"Murad Mərcan dedi ki, baş nazir Ərdoğan Azərbaycanda verdiyi bəyanatların arxasında durur"

Parlament

28 Oktyabr 2009, 18:23

Oktyabrın 28-də Milli Məclisdə Türkiyə Böyuk Millət Məclisinin xarici əlaqələr komissiyasının üzvləri ilə müzakirələr normal şəkildə keçib. Modern.az xəbər verir ki, bunu görüşdə iştirak etmiş millət vəkili Qənirə Paşayeva bildirib. O, deyib ki, Azərbaycan və Türkiyə parlamentlərinin xarici əlaqələr üzrə komitələrinin qarşılıqlı səfərlərinin çox böyuk əhəmiyyəti var.

Q.Paşayevanın sözlərinə gorə, bu səfərlər zamanı iki ölkə arasında olan bir çox məsələlər, eləcə də regiondakı problemlər qarşılıqlı olaraq müzakirə edilir. “Bu, çox önəmlidir, çünki Türkiyə ilə Azərbaycan qardaş ölkə, bir millət iki dövlət  olmaqla yanaşı, həm də strateji müttəfiqlərdir. Bu regionda baş verən bütün proseslərlə bağlı paralmentlər səviyyəsində qarşılıqlı müzakirələr vacibdir”. Q.Paşayeva deyib ki, müzakirələr zamanı əsas diqqət Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara yönəlmişdi: "Bildiyiniz kimi, bu protokollar artıq Böyük Millət Məclisinə təqdim olunub. Bu sənədlər ilk növbədə parlamentin xarici əlaqələr komitəsinə göndərilir. Ona görə həmin komitənin rəhbərinin və üzvlərinin ölkəmizə səfəri çox önəmli idi. Müzakirələr zamanı komtənin sədri başda olmaqla uzvləri vurğuladılar ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad olunmadan protokollar nə komitədə, nə də parlamentdə qəbul olunacaq". Millət vəkili deyib ki, xarici əlaqələr komitəsinin rəhbəri Murad Mərcan müzakirələr zamanı bir daha qeyd edib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da Azərbaycanda verdiyi bəyanatların arxasında durur: "Mərcan qeyd etdi ki, bu həmişə belə olacaq və Türkiyə parlamentinin sədrinin mövqeyi də ondan ibarətdir ki, protokollar nə komitədən, nə də parlamentdən keçsin. Komitə sədri Azərbaycan xalqının buna bir daha əmin olmasının vacibliyini vurğulayıb". Q.Paşayevanın sözlərinə görə, müzakirələrin sonunda iki ölkənin parlamentləri arasında əlaqələrin davamlı olması haqda təkliflər bir daha dəstəklənib.  

"Modern.az"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı