Modern.az

“Veysəloğlu” jurnalistlərə MediaTur təşkil etdi - FOTO

“Veysəloğlu” jurnalistlərə MediaTur təşkil etdi - FOTO

1 Avqust 2016, 15:08

“Veysəloğlu” Şirkətlər Qrupu milli mətbuatın yaranmasının 141 illiyi münasibəti ilə bir qurup Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin Şamaxı və İsmayıllı rayonlarına 2 günlük MediaTurunu təşkil edib.

 

Modern.az xəbər verir ki, şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi adından səfərdə iştirak edib.

 

Həmçinin müxtəlif səbəblərdən iştirak edə bilməyən bütün jurnalistləri bir daha Milli Mətbuat günü münasibəti ilə təbrik edib, onlara bu çətin və şərəfli yolda uğurlar arzulayıb.

 

Səfərdə iştirak edən jurnalist heyyəti “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə dərin təşəkkürlərini bildirib, təşkil edilmiş maraqlı və zəngin səfər proqramı üçün şirkət rəhbərliyinə minnətdarlıqlarını elan ediblər.

 

Qafar Ağayev

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?