Modern.az

Ən çox və ən az ixtisası olan özəl universitetlər

Ən çox və ən az ixtisası olan özəl universitetlər

1 Avqust 2016, 17:22

 

Bu il tələbə qəbul etmək hüququna malik olan özəl universitetlərdə bütün qruplar üzrə ixtisasların sayı bəlli olub.

 

Modern.az-ın araşdırmasına görə, bu il özəl universitetlər arasında bütün ixtisas qrupları üzrə ən az ixtisas olanlar Elm və Təhsil Mərkəzi “Təfəkkür” UniversitetiBakı Qızlar Universitetidir.

 

Belə ki, bu 2 universitet bütün ixtisas qrupları üzrə bu il bakalavr səviyyəsinə cəmi 9 ixtisasda qəbul apara biləcək.

Ən çox bakalavr, tələbə qəbul edə biləcək universitet isə Xəzər Universitetidir.

Belə ki, Xəzər Universiteti bu il bütün ixtisas qrupları əsasında 28 ixtisas üzrə bakalavr səviyyəsinə tələbə qəbul edə biləcək.

Yerdə qalan özəl universitetlərdə isə bütün ixtisas qrupları üzrə fakültələrin sayı belədir:

 

 

- Qafqaz Universiteti- 26 ixtisas

- Azərbaycan Kooperasiya Universiteti- 18 ixtisas

- Qərb Universiteti- 17 ixtisas

- Naxçıvan Universiteti- 15 ixtisas

- Azərbaycan Universiteti- 14 ixtisas

- Bakı Avrasiya Universiteti- 13 ixtisas

- Odlar Yurdu Universiteti- 11 ixtisas

- Bakı Biznes Universiteti- 10 ixtisas

 

 

Bu il özəl universitetlər yeni yaradılan və xüsusi qabiliyyət tələb edən 5-ci qrup ixtisasları üzrə təhsilin heç bir səviyyəsində tələb qəbul etmir. Yəni 5-ci ixtisas qrupu üzrə özəl ali təhsil müəssisələrində heç bir ixtisas yoxdur.

Özəl universitetlər içərisinə yalnız 1 fakültəsi olan Bakı İslam Universiteti bu il yalnız 3-cü ixtisas qrupundan Dinşünaslıq fakültəsi üçün tələbə qəbulu aparacaq.

Belə ki, Bakı İslam Universitetinin Dinşünaslıq ixtisasının bu il ümumi balı 100-dən az olmayan( fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir) və 25-29 iyul tarixlərində bu təhsil müəssisəsində yaradılmış dini-psixoloji komissiyadan uğurla keçə bilən abituriyentlər seçə bilərlər.

 

Xatırladaq ki, artıq 29 iyuldan etibarən 2016-2017-ci tədris ili üçün ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminə başlanılıb. 

 

Bu il I-IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

 

I-IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)”, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)”, Bakı Dövlət Universitetinin I, II, III qruplarda tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

 

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250 dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

 

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir