Modern.az

İranda hollandiyalı qadın edam edilib

İranda hollandiyalı qadın edam edilib

29 Yanvar 2011, 17:21

Hollandiya və İran vətəndaşı olan Sahra Bəhrami narkotik qaçaqmalçılığı üstündə edam edilib. Bu barədə İran rəsmiləri xəbər veriblər. 46 yaşlı Bəhrami hökumət əleyinə nümayişlərdə iştirak etmişdi.

 

BBC-nin məlumatına görə, 2009-cu ildə qohumlarının qonağı olarkən o nümayişlər zamanı həbs edilmişdi. Holland rəsmiləri onun həbsindən dərin narahatlıq ifadə etmişdilər.

 

Bu il İranda 66 adam dar ağacından asılıb. Xanım Bəhraminin evində aparılmış axtarış zamanı 450 qram kokain və 420 qram tiryəkin aşkar edilməsi barədə Tehran prokurorluğu xəbər vermişdi.

 

Prokurorluğun məlumatında "Sahra Bəhrami Əli qızının şənbə günü səhər dar ağacından asılmaqla edam edildiyi" xəbər verilir. Məlumatda əlavə edilir ki, Bəhrami beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsinin üzvü olub.

 

Lakin onun qızı bu iddiaları rədd edib: "Anam heç siqaret də çəkmir, o ki qaldı narkotiklər saxlasın. Seçkilərdən sonra nümayişlərə qatılan və hər an həbs edilə bilən bir adam evində narkotik saxlayar?"

 

Bəhraminin vəkili Yinos Şərif bu xəbərdən sarsıldığını deyib: "İttihamlara yenidən baxılmamış mənim müştərimin edam edilməsindən heyrətə gəlmişəm".

 

Holland rəsmilərinə məhkumla görüşmək imkanı verilməyib, beləki Tehran ikili vətəndaşlığı tanımır.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər