Modern.az

Uşaq və gənclər mətbuatının vəziyyəti necədir?

Uşaq və gənclər mətbuatının vəziyyəti necədir?

Media

28 Oktyabr 2009, 18:37

Oktyabrın 28-də Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycan KİV sistemində uşaq və gənclər mətbuatının rolu: dünən, bu gün, sabah» mövzusunda dəyirmi masa keçirilib. Modern.az xəbər verir ki, Mətbuat Şurasının s

ədri Əflatun Amaşov toplantının «Azərbaycan gəncləri» qəzetinin 90 illik yubileyinə həsr olunduğunu bildirib. Onun sözlərinə görə, hazırkı dövrdə uşaq və gənclərlə bağlı mətbuat orqanlarının vəziyyəti ölkə KİV-lərinin ümumi durumundan müsbət mənada fərqlənmir: “KİV-ə Dövlət Dəstəyi Konsepsiyasında uşaq və gənclər mətbuatına xüsusi önəm verilib. Konsepsiyanın KİV-lərin inkişafına dövlət dəstəyinin sahələri bölümündə dövlətin proqram və layihələrin həyata keçirilməsində dəstəklədiyi əsas sahələrdən biri kimi uşaq və gənclərin fiziki və mənəvi inkişafının olduğu göstərilib. Bu amil həmin sahə üzrə ixtisaslaşmış media orqanları üzərinə böyük məsuliyyət qoyur. Təbii ki, mövcud durum onlara xüsusi diqqət yetirilməsini, problemlərinin həllinə qayğılı yanaşmanı aktuallaşdırır”.

15 il “Azərbaycan gəncləri” qəzetinin redaktoru olmuş, tanınmış jurnalist və publisist Yusif Kərimov çıxışında uzun müddət rəhbərlik etdiyi mətbu orqanın tarixindən söhbət açıb. Nəşrin Azərbaycan Xalq Cumhuriyyəti ilə həmyaşıd olduğunu bildirən jurnalist həmin vaxtdan 25 il fəaliyyət göstərən qəzetin Böyük Vətən müharibəsindən sonra “Azərbaycan gəncləri” adını daşıdığını deyib. Y.Kərimovun sözlərinə görə, “Azərbaycan gəncləri” Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin (“komsomol”) orqanı kimi fəaliyyət göstərməsinə baxmayaraq dövrün mənfi cəhətləri nəşrin yaradıcılıq xüsusiyyətlərini məhdudlaşdıra bilməyib: “Qəzetin “şinelindən çıxan” jurnalistlərin sayı yüzlərlədir. Onlar indinin özündə də ictimai həyatda aktiv iştirakları ilə seçilirlər. Bu isə nəşrin ölkənin ictimai münasibətlər sistemində oynadığı səmərəli roldan xəbər verir”.

Dəyirmi masada çıxış edən   «Savalan» qəzetinin baş redaktoru Eldar Əliyev, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Tumurcuq» qəzetinin redaktoru İrfan Məmmədli, «Şəfəq» qəzetinin baş redaktoru Qardaş İsmayılov, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu   və digərləri «Azərbaycan gəncləri» qəzetinin on illiklər boyu uşaq və gənclər mətbuatı sistemində lider olduğunu, respublikanın mərkəzi mətbuatı üçün baza rolu oynadığını vurğulayıblar. Toplantıda uşaq və gənclər mətbuatının cəmiyyətdəki rolunu artırmaq, onların dövriliyini sabitləşdirmək istiqamətində, həmçinin çətinliklərinin aradan qaldırılması ilə bağlı mülahizələr səslənib. Bildirilib ki, bu kimi gərəkli diskkusiyaları davam etdirməklə Azərbaycan milli mətbuatının 135 illik yubileyinə qədər uşaq və gənclər mətbuatının problemləri və inkişaf perspektivləri sistemləşdirilməli və mövcud istiqamətdə əməli tədbirlər həyata keçirilməlidir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir