Modern.az

Putin Azərbaycana gəlir

Putin Azərbaycana gəlir

Ölkə

2 Avqust 2016, 14:33

Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycana rəsmi səfər edəcək. Modern.az xəbər verir kiç bu barədə Kremlin rəsmi saytında məlumat yer alıb.

 

“Avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Vladimir Putin Bakıya səfər edəcək və tarixdə ilk üçtərəfli Rusiya, İran, Azərbaycan liderlərinin görüşündə iştirak edəcək”.

 

Tərəflər səfər çərçivəsində ikitərəfli, regional və beynəlxalq situasiyanı müzakirə edəcək. Vladimir Putin İlham Əliyevlə yanaşı, İran prezidenti Həsən Ruhani ilə də təkbətək görüş keçirəcək.

 

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar