Modern.az

XİN-dən Sarkisyana sillə kimi CAVAB

XİN-dən Sarkisyana sillə kimi CAVAB

Qarabağ

2 Avqust 2016, 17:49

Ölkə daxilində və beynəlxalq səviyyədə nüfuzunu itirmiş Ermənistan rəhbərliyinin bu bəyanatı daxili auditoriyaya ünvanlanmış növbəti açıqlamalardan biridir. Bu bir daha onu göstərir ki, keçmişin əsiri olan Ermənistanın siyasi rəhbərliyi bu günün reallığını dərk etmir, hələ də keçən əsrin 80-ci illərinin sonuna xas “səhra komandiri” təfəkkürü ilə düşünür.

 

Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan Prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ haqqında 1 avqust tarixli açıqlamasını Modern.az-a şərh edərkən bildirib.

 

XİN rəsmisi deyib ki, tarixi saxtalaşdıran Ermənistan rəhbərliyinin yaddaşını təzələyərək ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar Ağdərə rayonunun Marağa kəndində 1978-ci ildə qurulmuş “Marağa-150” abidəsini xatırlatmaq istərdik:

 

"Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının başlaması ilə “Marağa-150” abidəsi də 1988-ci ildə qəsdən ermənilər tərəfindən məhv edildi. Bu məntiqlə yanaşsaq, ermənilər köç edərək bir neçə onilliklər ərzində yaşadıqları digər ölkələrə də “tarixi erməni torpağıdır” deyə ərazi iddiaları irəli sürə bilərlər".

 

H.Hacıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğalı altında olan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi və suveren ərazisidir:

 

"Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyi gec-tez tam şəkildə təmin olunacaq. Buna əsla heç kimin şübhəsi olmasın".

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir