Modern.az

MSK-dan referendum AÇIQLAMASI: “Seçici siyahıları tam hazır sayıla bilər”

MSK-dan referendum AÇIQLAMASI: “Seçici siyahıları tam hazır sayıla bilər”

Hadisə

3 Avqust 2016, 11:36

“Qarşıdan gələn ümumxalq səsverməsi (referendum) ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) diqqət mərkəzində dayanan məsələlərdən biri seçici siyahısı ilə işdir. Seçici siyahıları çox mühüm seçki sənədi olmaqla, il boyu fasiləsiz olaraq işlənilir, yenilənir və seçki komissiyaları tərəfindən ictimailəşdirilir.

İnamla demək olar ki, cari ilin mayında Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş seçici siyahıları ümumxalq səsverməsinin (referendumun) yüksək səviyyədə həyata keçirilməsi üçün tam hazır sayıla bilər”.

 

 Modern.az-ın xəbərinə görə, bunu MSK sədrinin müavini Natiq Məmmədov “Azərbaycan” qəzetində yazdığı məqaləsində bildirib.

 O vurğulayıb ki, MSK üzvləri və əməkdaşları referendum dövrü İctimai Televiziya və Radio Yayımları Şirkətində hər həftə ümumxalq səsverməsi (referendum) və referendum prosesinin müxtəlif məsələlərinə həsr olunmuş mövzularla çıxış edəcək, eyni zamanda, mətbuatda ictimai maraq doğuran məqalə və müsahibələr çap etdirəcəklər.

 

 Xatırladaq  ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən “KonstitusiyaDa dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiya Məhkəməsi Referendum Aktına rəy verib.

 

 İlham Əliyev  Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla referendum 2016-cı il sentyabrın 26-na təyin edilib. 

Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin (referendumun) göstərilən tarixdə keçirilməsini təmin etmək tapşırılıb.

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir