Modern.az

Mərkəzi Neftçilər Xəstəxanasında 4450 cərrahiyyə əməliyyatı aparılıb

Mərkəzi Neftçilər Xəstəxanasında 4450 cərrahiyyə əməliyyatı aparılıb

Ölkə

28 Oktyabr 2009, 19:00

2009-cu ilin 9 ayı ərzində Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan Mərkəzi Neftçilər Xəstəxanasında 4450 cərrahiyyə əməliyyatı aparılıb ki, bunlardan da 359-u açıq ürək üzərində keçirilmiş əməliyyatlardır.
ARDNŞ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanvar-sentyabr ayları ərzində onlar Zaqatala Müalicə Diaqnostika Mərkəzində (MDM) 5, Qəbələ MDM-də 3, Naxçıvan MDM-də 99 xəstə üzərində açıq ürək əməliyyatı aparılıb. Mərkəzi Neftçilər Xəstəxanasının mütəxəssisləri 3 xəstəyə müvəffəqiyyətlə qara ciyər, 1 xəstəyə böyrək köçürüblər. Bu dövrdə Mərkəzi Neftçilər Xəstəxanasının poliklinika şöbəsinə 284 min 823 müraciət olub, 1260 nəfər kompüter tomoqrafiyası, 1280 nəfər isə maqnit rezonans tomoqrafiyası müayinəsindən keçirilib.
Hemodializ şöbəsində 47 xəstə üzərində 2762 seans aparılıb.
9 ayı ərzində Lənkəran MDM-in konsultativ diaqnostik poliklinika şöbəsinə 21903 müraciət olub, 914 nəfər kompüter tomoqrafiyası müayinəsindən keçib. Hemodializ şöbəsində 119 xəstəyə 7762 hemodializ seansı keçirilib, cərrahiyyə şöbəsində 511 xəstə üzərində cərrahi əməliyyat aparılıb.
Şirvan MDM-in konsultativ diaqnostik poliklinika şöbəsinə 12650 müraciət olub, 722 nəfər kompüter tomoqrafiyası müayinəsindən keçib. Hemodializ şöbəsində 93 xəstəyə 6804 hemodializ seansı aparılıb, cərrahiyyə şöbəsində 530 xəstə üzərində cərrahi əməliyyat aparılıb.
Qəbələ MDM-in konsultativ diaqnostik poliklinika şöbəsinə 6090 müraciət olub, 301 nəfər kompüter tomoqrafiyası müayinəsindən keçib. Hemodializ şöbəsində 76 xəstəyə 4289 hemodializ seansı aparılıb, cərrahiyyə şöbəsində 280 xəstə üzərində cərrahi əməliyyat aparılıb.
Zaqatala MDM-in konsultativ diaqnostik poliklinika şöbəsinə 9907 müraciət olub, 834 nəfər kompüter tomoqrafiyası müayinəsindən keçib. Hemodializ şöbəsində 55 xəstəyə 3042 hemodializ seansı aparılıb, cərrahiyyə şöbəsində 616 xəstə üzərində cərrahi əməliyyat aparılıb.
Qazax MDM fəaliyyətə başladığı 2009-cu ilin fevral ayından oktyabrın 1-i tarixinədək mərkəzin konsultativ diaqnostik poliklinika şöbəsinə 4071 müraciət olub, 46 nəfər kompüter tomoqrafiyası müayinəsindən keçib. Hemodializ şöbəsində 74 xəstəyə 3276 hemodializ seansı aparılıb, cərrahiyyə şöbəsində 169 xəstə üzərində cərrahi əməliyyat keçirilib.
2009-cu ilin iyun ayından fəaliyyətdə olan Bərdə Müalicə Diaqnostika Mərkəzində isə konsultativ diaqnostik poliklinika şöbəsinə 710 müraciət olub, 192 nəfər kompüter tomoqrafiyası müayinəsindən keçib. Hemodializ şöbəsində 66 xəstəyə 2400 hemodializ seansı aparılıb.
Bundan əlavə, ARDNŞ-nin nəzdində fəaliyyət göstərən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu ilin 9 ayı ərzində 22117170 kv.m sahədə deratizasiya işi, 14797504 kv.m. sahədə dezinseksiya işi, 898310,8 kv.m. sahədə dezinfeksiya işi görülüb.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!