Modern.az

Məşhur aktyor xəstəxanaya düşüb

Məşhur aktyor xəstəxanaya düşüb

İqtisadiyyat

31 Yanvar 2011, 14:25

SSRİ xalq artisti Oleq Tabakov ürəyindəki problemlə əlaqədar xəstəxanaya düşüb. Rusiya mətbuatının məlumatına görə, aktor dünən səhərdən xəstəxanaya yerləşdirlib. Onun ürəyinin kardioqram edilməsi nəticəsində məlum olub ki, 75 yaşlı Oleq Tabakovun ürək ritmləri pozulub. Hazırda o, stasionar müəlicə alır. Həkimlər ümid edirlər ki, aktyor tezliklə normal həyata qayıda biləcək. Əgər indi aparılan müalicə nəticə verməsə, onda müalicənin digər yolları axtarılacaq, məsələn, cərrahiyyə əməliyyatı kimi..

Oleq Tabakov Azərbaycan tamaşaçılarına bəzi filmlərdən yaxşı tanışdır. Məsələn, “Dartanyan və üç muşketyor”da kral Lüdovik, “Baharın 17-ci anı”nda Şellenberq rolları buna misal göstərilə bilər.

 Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir